Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur komediya ustası və aktyoru Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonundakı evində səhhəti pisləşib.

Azmedia.Az xəbər verir ki, Cem Yılmaz qəfil halı pisləşdikdən sonra yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Sənətçinin hazırda həkim nəzarətində olduğu bildirilir. Onun səhhətinin vəziyyəti ilə bağlı əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.

Cem Yılmaz Türkiyənin ən tanınmış komediyaçı və aktyorlarından biridir. O, çoxsaylı stand-up proqramları, filmləri və televiziya layihələri ilə geniş tamaşaçı auditoriyası qazanıb.//nocomment