Azərbaycanda mühüm təyinat: Məleykə Abbaszadə yeni vəzifəyə gətirildi!

Azərbaycanda mühüm təyinat: Məleykə Abbaszadə yeni vəzifəyə gətirildi!

Məleykə Abbaszadənin vəzifəsində dəyişiklik edilib. O, Dövlət İmtahan Mərkəzinin rəhbərliyindən ayrılaraq Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

Azmedia.Az xəbər verir ki, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.