ABŞ-də FÖVQƏLADƏ VƏZİYYƏT: Nyu-Yorku güclü fırtına təhlükəsi gözləyir!
ABŞ-nin Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtınalar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Azmedia.Az xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Hoxul məlumat verib.
O, “X” sosial şəbəkəsindəki paylaşımında Nyu-York şəhəri ilə yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bildirib.
Qubernatorun sözlərinə görə, yaxınlaşan fırtına güclü yağış və küləklə müşayiət ediləcək. Bu hava şəraitinin yollarda təhlükəli hərəkət vəziyyəti yaradacağı gözlənilir.
Qeyd edək ki, Nyu-Yorkun qonşu ştatı Nyu-Cersidə də əlverişsiz hava şəraiti ilə əlaqədar daha əvvəl fövqəladə vəziyyət elan olunub.



