Azərbaycan yanacağına GÜZƏŞT – Bu ölkə gömrük rüsumunu sıfırladı
Tacikistan hökuməti 2026-cı ilin sonunadək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən idxal edilən benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarına tətbiq olunan gömrük idxal rüsumlarını sıfırlayıb.
Azmedia.Az xəbər verir ki, qəbul edilən qərar İran, Türkmənistan və Azərbaycandan yanacağın güzəştli şərtlərlə idxalına imkan yaradacaq.
Bu barədə “Asia-Plus” məlumat yayıb.
Məlumata görə, müvafiq 744 nömrəli qərar noyabrın 10-da qəbul edilib, noyabrın 13-də isə “Cümhuriyyət” rəsmi qəzetində dərc olunub.
Sıfır gömrük rüsumu dekabrın 31-dək qüvvədə olacaq və mayeləşdirilmiş qaz da daxil olmaqla, neft məhsullarına və neft qazlarına şamil ediləcək.
Bununla yanaşı, xam neft həmin qərarın təsir dairəsinə daxil deyil.

