"Gəncə Memorial Hospital"ın vergi borcu kəskin artıb

"Gəncə Memorial Hospital"ın vergi borcu kəskin artıb

"Gəncə Memorial Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun əhəmiyyətli dərəcədə artdığı məlum olub.

Azmedia.Az xəbər verir ki, tibb müəssisəsinin hazırkı vergi borcu 143 203.46 manat təşkil edir.

Xatırladaq ki, ötən il, hospitalaoperativ vergi nəzarəti çərçivəsində maliyyə sanksiyaları tətbiq edilmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqaviləsinin bağlanmaması ilə bağlı tərtib olunmuş AKT-a əsasən müəssisə 6000 manat məbləğində cərimələnmişdi.