Donald Tramp Hikmət Hacıyevin “Newsmax”a verdiyi müsahibəni sosial media hesabında yayımladı- FOTO

Donald Tramp Hikmət Hacıyevin “Newsmax”a verdiyi müsahibəni sosial media hesabında yayımladı-

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Newsmax”a müsahibəsindən hazırlanmış paylaşımı öz sosial media hesabında yayıb.

Azmedia.Az xəbər verir ki, Donald Trampın paylaşdığı postda Hikmət Hacıyevin “Newsmax”a müsahibəsinə diqqət çəkilib.

Paylaşımın başlığında Hikmət Hacıyevin Donald Trampı sülh yaradan lider kimi qiymətləndirməsi və İranla razılaşmanın mümkünlüyü barədə fikirlərinə yer verilib. 

Hikmət Hacıyev müsahibə zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesində Donald Trampın rolundan və Bakı ilə Vaşinqton arasında münasibətlərin yeni mərhələsindən danışıb.

Prezidentin köməkçisi söhbət əsnasında İranla bağlı diplomatik həll imkanlarına da toxunub. Bundan əlavə, Azərbaycan-İsrail münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Azərbaycanın həmin proseslərdə mümkün rolu barədə fikirlər səsləndirib.

Hikmət Hacıyev Azərbaycanın enerji potensialı və ABŞ-la strateji tərəfdaşlığın gələcək perspektivləri barədə də açıqlamalar verib.