Könül Əliyevanın dünya çempionatında mübarizəsi başa çatdı

Könül Əliyevanın dünya çempionatında mübarizəsi başa çatdı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Azmedia.Az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Könül Əliyeva dünya çempionatının 1/16 final mərhələsində Çilidən olan Mari Di Varqas Leyini məğlub edərək 1/8 finala yüksəlib.

Azərbaycan təmsilçisinin bu mərhələdə rəqibi rusiyalı Sabina Giliazova olub. Könül Əliyeva 1/8 finalda S.Giliazovaya məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıb.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq.

Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.