Mingəçevirdə əsən güclü külək fəsadlar yaratdı - FOTO
Mingəçevirdə külək bir neçə istiqamətdə ağacları aşıraraq fəsadlara yol açıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, təbiət hadisəsi Nizami, 20 yanvar və M.Maqomayev küçələrinin kəsişməsi, eləcə də onlara bitişik ərazidə baş verib. Külək ağacı aşıraraq bir istiqamətdə yaşayaş binasının dördüncü mərtəbəsinə, digər küçədə kafenin ətrafına və üzərinə yıxıb. Başqa bir səmtdə isə ağac aşıb yaşıllıq zolağına düşərkən ərazidən keçən elektrik xəttini qırıb. Fəsadların aradan qaldırılması üçün Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunub.
Ehtiram Muradov
Azmedia.Az


