Mingəçevirdə “VAZ” və “Lexus” toqquşub: Yaralanan var
Mingəçevirdə yol qəzası olub, yaralanan var.
Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin M. Maqomayev prospektində baş verib.
“VAZ-21099” və “Lexus” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan Pərviz Nəbiyev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


