Mingəçevirdə vətəndaşın intihar cəhdinin qarşısı alınıb
Mingəçevirdə intihara cəhdin qarşısı alınıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə eydiyi məlumata görə, hazırda istifadəsiz vəziyyətdə olan keçmiş uşaq xəstəxanasının həyətində baş verib. İlkin məlumata görə, 1996-cı il təvəllüdlü şəhər sakini Kamran Oruclu hələlik məlum olmayan səbəbdən özünü asaraq intihara cəhd edib. Təsadüfən hadisəni görən şəxslər son anda həmin şəxsi ölümdən qurtaraq xəstəxanaya çatdırıb. Kamran Oruclunun durumu ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


