Paytaxtda sərnişin avtobusu yük maşını ilə toqquşdu - FOTOLAR
Paytaxtda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Azmedia.Az-ın məlumatına görə, hadisə paytaxtın Azadlıq prospektində baş verib.
Belə ki, 85 saylı sərnişin avtobusu dönərkən “Ford Transit” markalı kiçik tutumlu yük maşını ilə toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


