Prezident Qarabağ Zəfərinin region üçün yaratdığı yeni reallıqdan danışdı

Prezident Qarabağ Zəfərinin region üçün yaratdığı yeni reallıqdan danışdı

Prezident İlham Əliyev Qarabağ Zəfərinin regionun geosiyasi mənzərəsinə təsir etdiyini bildirib.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı bu fikirləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə səsləndirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın altı il əvvəl əldə etdiyi Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoyub.

Prezidentin sözlərinə görə, Zəfər həmçinin ölkələri iqtisadi, logistika və strateji baxımdan bir-birinə bağlayan Zəngəzur dəhlizinin reallaşdırılması üçün zəmin yaradıb.

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına göstərilən dəstəyə görə TDT ölkələrinə təşəkkürünü bildirib.