Qobustanda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qobustanda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qobustan rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Azmedia.az -ın bölgə müxbirinin məlumatına görə hadisə zamanı 30 yaşlı Xədicə Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Zəhərlənən şəxslər təcili  xəstəxanaya yerləşdirilib. Görülən çevik tibbi müdaxilə sayəsində zəhərlənən şəxslərin sağlıq durumu stabilləşib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az