Qusarda itin kömək çağırışı həyat xilas etdi - VİDEO
Qusar rayonunda maraqlı hadisə baş verib.
Azmedia.Az - ın bölgə müxbirinin verdiyi məlumata görə, balaları üçün yemək axtaran ana it geri qayıdanda balalarından birinin çayın əks tərəfində qaldığını görüb. Aramsız yağan yağışlar nəticəsində Qusar çayında su səviyyəsinin qalxmasına görə əks tərəfə keçə bilməyən it hürərək köməyə çağırıb. Həyəcanına kənd sakini yetişib. Ana iti balasına qovuşdurub. Görüntüləri sizə təqdim edirik.


