Rus ordusu bu istiqamətdə irəliləyib

Rus ordusu bu istiqamətdə irəliləyib

Rus ordusu Sumı vilayətinin Krasnopolska kənd icmasında yerləşən işğal olunmuş Pokrovka kəndi yaxınlığında irəliləyiblər.

Azmedia.Az xəbər verir ki, bu barədə "DeepState" monitorinq layihəsinin "Telegram" paylaşımında məlumat verilib.

"Düşmən Pokrovka yaxınlığında irəliləyib", - deyə paylaşımda bildirilir.

DeepState analitiklərinin fikrincə, Pokrovka kəndi Rusiya qüvvələri tərəfindən işğal edilib və Rusiya Federasiyası ilə sərhədə yaxın Sumı vilayətində yerləşir./Azpolitika