Qadını qətlə yetirdi, meyitini külə çevirib ətrafa səpdi – Dəhşətli hadisə
Zimbabvedə baş verən ağır cinayət hadisəsi cəmiyyətdə böyük rezonans doğurub. İşəgötürənini qətlə yetirməkdə şübhəli bilinən 22 yaşlı fəhlənin cinayətin izlərini gizlətmək üçün törətdikləri dəhşətə gətirib.
Azmedia.Az xəbər verir ki, hadisə oktyabrın 28-də Zimbabvenin Gveru şəhərində, Vudend (Woodend) ərazisində yerləşən təsərrüfatlardan birində baş verib.
Məlumata görə, təsərrüfatda fəhlə işləyən Takunda Kazembe 53 yaşlı işəgötürəni Fungai Mpofu ilə işinə dair iradlar səbəbindən mübahisə edib. İddialara əsasən, mübahisə zamanı o, metal qabla qadının başına bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində qadın huşunu itirib.
Zimbabve Milli Polisinin sözçüsü komissar Pol Nyatinin açıqlamasına görə, şübhəli şəxs daha sonra qadının üzərini çadırla örtüb. Onun öldüyünə əmin olduqdan sonra cəsədin üzərinə benzin tökərək yandırıb. Polis sözçüsü bildirib ki, Kazembe cinayətin izlərini aradan qaldırmaq məqsədilə cəsədi iki gün ərzində yandırmağa davam edib. Daha sonra isə qalıqlardan əldə edilən külü əraziyə səpib.
Bundan başqa, şübhəlinin işəgötürəninə məxsus təxminən 1,5 ton qarğıdalını və iki mobil telefonu da oğurlayaraq satdığı bildirilir. Hadisədən sonra yaşadığı kəndə qaçan Kazembe orada saxlanılıb. Şübhəli şəxsin qətl və digər əlaqəli cinayətlərdə ittiham olunacağı gözlənilir.




