“Sabah” Bakıda tarix yazmaq üçün meydana çıxır – “Hapoel”lə vacib matç
“Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk matçdakı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Azmedia.Az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Komandalar arasında ilk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə baş tutub. Həmin oyunda “Sabah” Velko Simiçin qolu ilə hesabı açsa da, “Hapoel” ikinci hissədə iki qol vuraraq 2:1 hesablı qələbə qazanıb.
Beləliklə, “Sabah”ın növbəti mərhələyə yüksəlməsi üçün Bakıda ən azı iki top fərqi ilə qələbə qazanması lazımdır. Bir top fərqli qələbə halında isə qarşılaşmanın taleyi əlavə vaxt və lazım gələrsə penaltilər seriyasında müəyyənləşə bilər.


