Space TV-də ayrılıqlar davam edir: Vado Karovinin kürəkəni də getdi – FOTO
Space TV-nin icraçı direktoru Nəriman Əbdüləliyev bu gün işdən çıxarılıb.
Azmedia.Az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva sosial media hesabında məlumat paylaşıb.
"Əldə etdiyim məlumata görə, bu gün o kollektivlə vidalaşıb. Nəriman Əbdüləliyev Space TV-nin keçmiş baş direktoru Vado Karovinin kürəkənidir", - deyə jurnalist qeyd edib.


