Təhsil sektoruna yeni təyinat - FOTO
Mingəçevir şəhəri Təhsil sektoruna yeni müdir təyin olunub.
Azmedia.az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Mərkəzi Aran Regional Təhsil İdarəsi rəhbərliyinin müvafiq əmri ilə Aslanov Rüstəm Namiq oğlu Mingəçevir şəhəri Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib.
O, əmək fəaliyyətinə 2020-ci ildə Zəngilan Rayon Təhsil Şöbəsində məsləhətçi kimi başlayıb. 2022–2025-ci illərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda aparıcı məsləhətçi, 2025–2026-cı illərdə isə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Ehtiram Muradov
Azmedia.Az


