TOVUZDA DƏHŞƏTLİ HADİSƏ: KANALDA İKİ KİŞİNİN MEYİTİ TAPILDI FOTO
Tovuz rayonunda səhər saatlarında baş verən hadisə zamanı iki kişinin meyiti aşkarlanıb.
Azmedia.Az xəbər verir ki, meyitlər Xatınlı avtomobil yolunun kənarında yerləşən su kanalında tapılıb.
Məlumata görə, meyitlərdən biri VAZ-2107 markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə avtomobildən təxminən 100 metr aralıda aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə nəticəsində ölən şəxslərin Xatınlı kənd sakini Səid Sakit oğlu Həziyev və Arzu Şahmar oğlu Müseyibov olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
///Report


