İsa Qəmbər Berlindəki konfransa gedə bilmədi – Aeroportda nə baş verib?
Müsavat Partiyasının başqanı İsa Qəmbərin Berlində keçiriləcək beynəlxalq konfransda iştirakı baş tutmayıb. O, hava limanında uçuşuna maneə yaradıldığını və bununla bağlı ona heç bir izahat verilmədiyini açıqlayıb ,və onun ölkədən çıxışına qadağa qoyulub
Azmedia.Az xəbər verir ki, bu barədə İsa Qəmbər özü məlumat verib.
O bildirib ki, noyabrın 21-də Berlində keçiriləcək mühüm konfransa dəvət alıbmış. Həmin gün gecə saat 04:00-da uçuş bileti olsa da, hava limanında uçuşuna maneə yaradılıb.
İsa Qəmbər bununla bağlı açıqlamasında deyib:
“Bu gün – 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram. Konfrans təşkilatçılarına və iştirakçılarına salamlar olsun!”.
Xatırladaq ki, bu ilin mart ayında Müsavat Məclisinin sədri Arif Hacılının da ölkədən çıxışı əngəllənmişdi. O, Avstriyada keçirilən beynəlxalq tədbirə dəvətli olsa da, hava limanının sərhəd-buraxılış məntəqəsində ölkədən çıxışına icazə verilməmişdi.
//globalinfo.az



