Ağdamda ata azyaşlı övladları ilə su anbarında batdı FOTOSU

Ağdamda ata azyaşlı övladları ilə su anbarında batdı

Ağdam rayonunda faciəli hadisə baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında qeydə alınıb.

İlkin məlumata görə, Ağdam rayonunun Cinli kənd sakini, 1985-ci il təvəllüdlü Şərif Şəmsəddin oğlu İsgəndərov iki övladı – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərova ilə birlikdə su anbarında çimərkən boğulub.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc-Axtarış Qrupu cəlb olunub.

“Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Aparılan axtarışlar nəticəsində 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo