Ağdaşda ailə münaqişəsi qanla nəticələndi: ata arvadı və oğlunu bıçaqladı-

Ağdaşda ailə münaqişəsi qanla nəticələndi: ata arvadı və oğlunu bıçaqladı-

Ağdaş rayonunun Ləki qəsəbəsində ailə münaqişəsi zamanı iki nəfər kəsici alətlə xəsarət alıb.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F. Əhmədova kəsici alətlə xəsarət yetirib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Ehtiram Muradov

Azmedia.Az