Anar Bayramovdan növbəti kadr qərarı: Mərkəzin direktoru işdən çıxarıldı- FOTO

Anar Bayramovdan növbəti kadr qərarı: Mərkəzin direktoru işdən çıxarıldı-

Səhiyyə sistemində növbəti kadr dəyişikliyi baş verib. Analitik Ekspertiza Mərkəzinin rəhbəri tutduğu vəzifədən azad edilib.

Azmedia.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.

Məlumata görə, bu barədə səhiyyə naziri Anar Bayramov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, onların idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları yerinə yetirir.

//teleqraf.az