AZAL bu istiqamətdə uçuşları ləğv etdi - SƏBƏB

AZAL bu istiqamətdə uçuşları ləğv etdi -

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.

Azmedia.Az xəbər verir ki, bu barədə manset.az-a səhmdar cəmiyyətdən bildirilib.

Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır", - məlumatda vurğulanıb.