Azərbaycan Türkiyənin tarixi Zəfərini belə qeyd etdi – XİN-dən təbrik
Azərbaycan Xarici İşlər Nazirliyi 30 Avqust – Zəfər Bayramı münasibətilə Türkiyə Respublikasına təbrik ünvanlayıb.
Azmedia.Az xəbər verir ki, nazirlik bu barədə rəsmi “X” hesabında paylaşım edib.
Azərbaycan XİN-in paylaşımında Türkiyə xalqı və dövlətinə xoş arzular çatdırılıb, ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiramla anılıb.
Nazirlik Türkiyə xalqının iradəsi, əzmi və qəhrəmanlığı nəticəsində əldə edilən tarixi Zəfərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Paylaşımda deyilir:
“30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!”


