Bakıda 40-a yaxın ölkədən din xadimlərini bir araya gətirən beynəlxalq görüş başlayıb

Bakıda 40-a yaxın ölkədən din xadimlərini bir araya gətirən beynəlxalq görüş başlayıb

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşü öz işinə başlayıb. Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan çoxsaylı din xadimləri iştirak edir.

Azmedia.Az Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşü Bakıda keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirə 40-a yaxın ölkədən nümayəndələr qatılıb. Görüşdə, həmçinin 18 beynəlxalq təşkilatı təmsil edən iştirakçılar yer alıb. Ümumilikdə tədbirə 200-ə yaxın din xadimi cəlb olunub.