"Bizi Dubaya əxlaqsızlığa göndərirdi, dedi ki..." - Bülbüloğlu haqqında ŞOK SÖZLƏR

"Bizi Dubaya əxlaqsızlığa göndərirdi, dedi ki..." -

Eteri Cəfərovanı tanımıram, amma adını çoxdan eşitmişdim. Bütün dövlət tədbirlərindəki rəqslərə quruluş verirdi.

“Polad Bülbüloğlunun evlənməsi ilə bağlı xəbərlərin altından nə qədər şərh yazmışam. Mən qorxmuram, çəkinmirəm. Üzünə də deyə bilərəm. Eteri Cəfərovanı tanımıram, amma adını çoxdan eşitmişdim. Bütün dövlət tədbirlərindəki rəqslərə quruluş verirdi. Qarabağdakı konsertlərdə də həmçinin.. Od olmasa, tüstü çıxmaz. O, atası Bülbülün yolunu davam etdirir. Həm musiqi baxımından, həm də digər mövzularda. Çünki vaxtilə Cabbar Qaryağdıoğlunun qarşısını kəsən də Bülbül olmuşdu. Mahnılarını mənimsəyib, həm də imkan verməyib ki, ona fəxri ad versinlər”

Azmedia.Az xəbər verir ki, bunu moderator-a açıqlamasında Əməkdar artist Ədilə Əflaki deyib. O daha sonra əlavə edib: “Mənim qazi oğlum 3 kv hamamın sahəsində yatır. İnanmırsınızsa, gəlib gözlərinizlə görün. 43 yaşında oğlumu evləndirə bilmirəm. Əlilin də evlənmək hüququ var. Mən xalq sənətkarıyam, mən də oğul toyu görüb övladımdan arxayın olmaq istəyirəm. Pul bunlara o qədər güc gəlib ki, 81 yaşında 5-ci dəfə də evlənə bilərlər, yaxud da kənarda qeyri-rəsmi görüşə bilərlər. Onun həyat yoldaşı Gülnarə Şıxəliyevanın müsahibəsini də oxudum. O da mədəni cavab verdi ki, Poladın ətrafında həmişə qadınlar olub. Qeyrətli xanəndə xanımların yanında da çox xanəndə kişilər olub. Bu həm kişilərdən, həm də xanımın özündən asılıdır. Bizə yaxınlıq göstərən xanəndə kişinin qarşısında belə çıxır ki, biz də əyilməliyik?!”

Fotoda Ədilə Əflaki

Əməkdar artist daha sonra Polad Bülbüloğlu ilə bağlı bir hadisəni də bölüşüb: “1990-cı ildə mən, mərhum aktrisa Mənsumə Rzayeva və Amaliya Pənahova cəbhə bölgələrində əsgərlər üçün konsertlərdə çıxış edirdik. O vaxt Polad Bülbüloğlu nazir idi. Nazirlər Kabinetindən Həsən Zeynalov ona zəng vurub bizi tapşırmışdı. Həsən Zeynalov ona demişdi ki, bu 3 xanım səhnənin işıqları sönəndən cəbhə bölgələrində sinələrini gülləyə tuş ediblər. O vaxt kişilər belə cəbhəyə getmirdilər. Həsən Zeynalov demişdi ki, bu xanımlara kömək et. Biz getdik yanına. O vaxt katibəsi elə indiki yoldaşı Gülnarə Şıxəliyeva idi. Biz içəri girəndə gördük ki, Polad Bülbüloğlu ayağa qalxdı və qapıya sarı gəldi. Qapının yanında kitab rəfi var idi. Mən elə bildim ki, oradan kitab, yaxud da hansısa sənəd götürməyə gəlir. Gəldi əlimizi sıxdı, dəvət etdi oturduq. Dedi ki, anasının adı da Ədilədir, ona görə də bizim ayağımıza gəlib. Sonra dedi ki, bizim üçün bir şey edə bilməz, yollar açıqdır, Dubaya, Rusiyaya gedək, özümüz üçün iş quraq, oxuyaq, çalıb-oynayaq.

Birbaşa əxlaqsızlığa göndərirdi bizi. Rəhmətlik Mənsumə mənim üzümə baxdı, mən də onun üzünə. Zəng edib bunları Həsən Zeynalova dedim. Mən əynimə hərbi paltar geyinib, əhd etmişdim ki, əmin-amanlıq olana qədər cəbhə bölgələrində əsgərlərimizə əhval-ruhiyyə verəcəyəm. Elə də etdim. Bu hadisəni bu gün də üzünə deyərəm, qorxmuram”.//nocomment