Cəbrayılda daha 18 ailə doğma kəndlərinə qayıtdı – Açarlar təqdim edildi

Cəbrayılda daha 18 ailə doğma kəndlərinə qayıtdı – Açarlar təqdim edildi

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli və Horovlu kəndlərinə növbəti ailələrin daimi köçü həyata keçirilib.

Azmedia.Az xəbər verir ki, qayıdan ailələrə yeni inşa edilmiş evlərin açarları təqdim olunub.

Açarların təqdim edilməsi mərasimində sakinlərə mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tələblərinə riayət etməyin vacibliyi diqqətə çatdırılıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 15 ailənin (86 nəfər), Horovlu kəndinə isə 3 ailənin (12 nəfər) daimi qayıdışı təmin edilib.

Beləliklə, ümumilikdə 18 ailə, 98 nəfər Cəbrayılın bu iki kəndində məskunlaşıb.