Diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri davam edir.
Azmedia.Az xəbər verir ki, diplomatik korpusun nümayəndələri səfərin ikinci günü çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.
Məlumata görə, nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə bölgədə olub.
Hikmət Hacıyev sosial media hesabında səfərin ilk gününə dair görüntülər paylaşaraq diplomatlarla Şuşa və Xankəndidə olduqlarını, hazırda isə Ağdərə və Kəlbəcərə yollandıqlarını bildirib.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri sentyabrın 11-də başlayıb.


