“Ege Hospital”da əməkhaqlarının gecikdirildiyi iddia olunur
“Ege Hospital”da əməkhaqlarının gecikdirildiyi iddia olunur.
Azmedia.Az xəbər verir ki,bununla bağlı klinikanın əməkdaşları məlumat verib. Bildirilib ki, maaş gecikmələri təkcə inzibati heyətə deyil, tibbi personala da şamil olunur.
İşçilərin sözlərinə görə, fevral ayının maaşları yalnız aprel ayının əvvəlində ödənilib.
Mart və aprel aylarının əməkhaqları isə hələ də verilməyib.
Klinikadakı maliyyə və idarəetmə problemləri Barat Yusubovun “Yeni Klinika”dakı vəzifəsindən uzaqlaşdırılması ilə əlaqələndirilir.
Problemin səbəbini öyrənmək üçün” Ege Hospital”la dəfələrlə əlaqə yaratmağa Ege Hospital”la dəfələrlə əlaqə yaratmağa calışılsa da, nə zənglərə, nə də məsul şəxslərə göndərilən sorğulara cavab alınmayıb.
Qarşı tərəfi dinləməyə hazırıq.//tribuna


