Gəncədə 6 il əvvəl itkin düşmüş şəxsin meyitinin qalıqları evin həyətindən çıxarılıb
Gəncədə 6 il əvvəl qətlə yetirildiyi ehtimal olunan 70 yaşlı kişinin meyitinin qalıqları tapılıb.
Azmedia.Az xəbər verir ki, 1956-cı il təvəllüdlü Əli Mahmudov 2020-ci ildən axtarışda olub.
Evin həyətində tapılan qalıqların ona aid olduğu ehtimal edilir.
Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları hadisə yerində araşdırma aparır.//report


