Yevlaxda ağır qəza faciə ilə nəticələndi: iki nəfər həyatını itirdi
Yevlaxda idarəetmədən çıxaraq yol kənarına aşan BMW markalı avtomobildə olan iki nəfər aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.
Azmedia.Az xəbər verir ki, hadisə Qaraoğlan kəndi yaxınlığından keçən avtomobil yolunda baş verib.
İlkin məlumata görə, idarəetmədən çıxan BMW markalı avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan şəxslər xəsarət alıblar. Onlardan vəziyyəti daha ağır olan gənc oğlan xəstəxanaya çatdırılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər kişi 27 oktyabr 2026-cı il tarixində saat 13:10 radələrində ağır vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə ağır kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları diaqnozları qoyulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, hər iki pasiyentin ölümü qeydə alınıb.
Ehtiram Muradov
Azmedia.Az


