Mingəçevirdə “VAZ-2106” ilə “Lada Priora” toqquşdu: xəsarət alanlar var

Mingəçevirdə “VAZ-2106” ilə “Lada Priora” toqquşdu: xəsarət alanlar var

Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Azmedia.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Texnologiyalar Parkı yaxınlığından keçən hissəsində qeydə alınıb.

“VAZ-2106” və “Lada Priora” markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan “Lada Priora”nın sürücüsü Əmrah Əliyev və “VAZ-2106”nın sərnişini Zəminə Mustafayeva xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 Ehtiram Muradov

Azmedia.Az