Göyçayda qeysəriyyə zamanı bağırsağı deşilən qadın vəfat edib

Göyçayda qeysəriyyə zamanı bağırsağı deşilən qadın vəfat edib

Göyçayda qeysəriyyə zamanı bağırsağı deşilən 31 yaşlı qadın Bakıda vəfat edib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 31 yaşlı Zərdab rayon sakini Səkinə Yusifova bir neçə həftə əvvəl Göyçay rayonundakı tibb müəssisələrindən birində qeysəriyyə əməliyyatı keçirib.

İddialara görə, əməliyyat zamanı qadının bağırsağı deşilib və bundan sonra səhhətində ciddi problemlər yaranıb. O, müalicə üçün Respublika Klinik Xəstəxanasına göndərilib.

Həkimlərin səylərinə baxmayaraq, Səkinə Yusifovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az