Hansi Flikdən “Barselona” üçün YENİ HÜCUM PLANI! VİDEO

Hansi Flikdən “Barselona” üçün YENİ HÜCUM PLANI!

“Barselona”nın baş məşqçisi Hansi Flik yeni mövsüm öncəsi hücum xəttində fərqli taktiki variant üzərində çalışır. Almaniyalı mütəxəssisin məşq zamanı tətbiq etdiyi sistem diqqət çəkib.

Azmedia.Az xəbər verir ki, Flik məşqlərdə daha sürətli və dinamik hücum quruluşu üzərində işləyir. Bu sistemdə əsas dəyişikliklərdən biri Lamin Yamalın mövqeyi ilə bağlıdır.

Məlumata görə, Robert Levandovskinin və Ferran Torresin komandadan ayrılması fonunda “Barselona”nın hücum xəttində 9 nömrəli mövqedə boşluq yaranıb. Xulian Alvarezin transferi ilə bağlı danışıqların hələdə nəticəsiz qalması fonunda Flikin alternativ variant üzərində çalışdığı bildirilir.

Yeni sistemdə Lamin Yamalın sağ cinahla məhdudlaşmayacağı və daha çox mərkəzdə, hücumun ən ön hissəsində “saxta doqquz” rolunda çıxış edəcəyi qeyd olunur. Yamalın geriyə çəkilərək top alması, rəqib müdafiəçilərini üzərinə çəkməsi və cinahlara ötürmələrlə hücumları inkişaf etdirməsi planlaşdırılır.

Bu taktiki quruluşda sol cinahda Entoni Qordon, sağ cinahda isə Kərim Adeyemi nəzərdə tutulur. Qordon və Adeyeminin də olduğu ssenari üzərində qurulan heyətdə hər iki futbolçunun müdafiə xəttinin arxasına sürətli qaçışları ilə fərq yaratması gözlənilir.

Üç hücumçunun arxasında isə cərimə meydançasına gec daxil olması və boş zonalarda təhlükə yaratması ilə seçilən Fermin Lopesin 10 nömrəli mövqedə oynaması nəzərdə tutulur.

 Qeyd: Bu, “Barselona”nın əsas taktiki planı kimi təqdim olunmur. Məşq görüntülərində və yayılan məlumatlarda Flikin bu variantı sınaqdan keçirdiyi görünür. Son qərarın mövsüm ərzində veriləcəyi gözlənilir.

Sizcə, Lamin Yamal “saxta doqquz” mövqeyində oynasa, “Barselona” üçün uğurlu seçim olar?