Hörmüz boğazı açıldı - Tramp təşəkkür etdi
İran Hörmüz boğazını açıb.
Azmedia.Az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X”də bildirib. O, qeyd edib ki, Livanda atəşkəsə uyğun olaraq, İranın Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəllər elan edilmiş razılaşdırılmış marşruta uyğun olaraq, Hörmüz boğazından keçid atəşkəs müddətinin qalan hissəsində bütün ticarət gəmiləri üçün tam açıq elan edilib.
Xəbərin ardınca isə Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib.


