İlham Əliyev Vladimir Putinə zəng etdi – ad günü münasibətilə təbriklərini çatdırdı
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Dövlət başçısı rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.
Azmedia.Az xəbər verir ki, oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Dövlət başçısı İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.
Rusiya Prezidenti isə göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Dövlət başçıları, həmçinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


