Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur
12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd edilir. Bu tarix ölkənin hüquqi dövlət quruculuğu tarixində mühüm əhəmiyyət daşıyır.
Azmedia.Az xəbər verir ki, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanmış Konstitusiya layihəsi həmin gün xalqın səsverməsinə çıxarılıb. Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Sənəddə dövlətin idarəçilik prinsipləri, vətəndaşların hüquq və azadlıqları, dövlət hakimiyyətinin təşkili və digər mühüm məsələlər öz əksini tapıb.
Qeyd edək ki, 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.


