Laçında 9,9 milyon manatlıq yeni muzey kompleksi tikiləcək

Laçında 9,9 milyon manatlıq yeni muzey kompleksi tikiləcək

Laçın rayonunda şəhərin işğal və azadlıq tarixini əks etdirəcək yeni mədəniyyət obyektinin yaradılması planlaşdırılır.

Azmedia.Az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 9 milyon 905 min manat təşkil edir.

Tikinti işlərinin “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Yeni kompleksin Laçının işğal dövrünə dair tarixi yaddaşın qorunmasına, şəhərin azadlığı uğrunda mübarizənin və Azərbaycanın əldə etdiyi Zəfərin gələcək nəsillərə çatdırılmasına xidmət edəcəyi gözlənilir.

Layihənin reallaşdırılması nəticəsində Laçında yeni mədəni-tarixi obyektin formalaşması, işğal və Zəfər tarixinin daha geniş auditoriyaya təqdim olunması, eləcə də şəhərin turizm imkanlarının artırılması nəzərdə tutulur.