Masazırda motosiklet azyaşlını vuraraq öldürüb

Masazırda motosiklet azyaşlını vuraraq öldürüb

Abşeronda motosiklet azyaşlını vuraraq öldürüb.

Azmedia.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə qeydə alınıb.

19 yaşlı Babaşov Fuad Azad oğlu idarə etdiyi “MİNSK D D4” markalı motosikletlə 4 yaşlı Bağırov Atilla Rafail oğlunu əks hərəkət zolağında vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanıb.//lent