SEPAH-dan İrana qarşı mümkün hücumla bağlı sərt mesaj
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Kərəmi ölkəsinin mümkün aqressiv addımlara cavab verməyə hazır olduğunu bildirib.
Azmedia.Az xəbər verir ki, bunu SEPAH-ın Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Kərəmi açıqlayıb.
General İranın istənilən düşmən tərəfin aqressiv addımına cavab verməyə hazır olduğunu vurğulayıb.
Kərəmi bildirib:
“Biz düşmənin istənilən səhvinə qətiyyətlə cavab verməyə 100 faiz hazırıq”.
Açıqlama Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qaldığı bir vaxtda verilib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının sessiyası çərçivəsində Fars körfəzi ölkələrinin liderləri ilə görüşəcəyini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini açıqlayıb.
“Axios” portalının məlumatına görə, görüş zamanı İranla müharibə çərçivəsində atılacaq növbəti addımların da müzakirə olunması gözlənilir.
Tramp İran ərazisinə yeni zərbələr endirilməsi ehtimalını da istisna etməyib. ABŞ Prezidenti qarşıda mühüm qərar verməli olduğunu və istənilən qərarı qəbul edə biləcəyini bildirib.


