Mingəçevirdə iki avtomobil toqquşdu: doğma bacılar yaralandı

Mingəçevirdə iki avtomobil toqquşdu: doğma bacılar yaralandı

Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü və sərnişin qismində avtomobildə olan iki doğma bacı müxtəlif bədən xəsarətləri alıb.

Azmedia.Az xəbər verir ki, yol qəzası Mingəçevir şəhərinin Heydər Əliyev prospektində baş verib.

Hadisə zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü və sərnişini olan doğma bacılar – Aynur Əhsən qızı Qafarlı və Aygün Əhsən qızı Qafarlı müxtəlif bədən xəsarətləri alıblar.

Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az