Yevlaxda yük maşını evakuatorla toqquşdu: Ağır yaralı var - FOTOLAR

Yevlaxda yük maşını evakuatorla toqquşdu:

Yevlaxda ağır yol qəzası baş verib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax şəhər avtovağzalının qarşısından keçən hissəsində yerləşən yol dairəsində baş verib.

İlkin məlumata görə, çuğundur daşıyan “Shacman” markalı yük maşını evakuatorla toqquşub.

Qəza zamanı evakuatorun kabinəsində sıxılıb qalan ağır yaralı şəxs xilasedicilər tərəfindən çıxarılaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az