Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Azmedia.Az xəbər verir ki, Prezident bu barədə “X” hesabında paylaşım edib.

Dövlət başçısı paylaşımında “Sabah” klubunun qısa müddət ərzində böyük uğura imza atmasının xüsusi sevinc və qürur doğurduğunu bildirib.

“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur.

Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanmasının Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin və ölkənin idman dövləti kimi mövqeyinin daha bir göstəricisi olduğu vurğulanıb.

Prezident İlham Əliyev “Sabah” klubuna qarşıdakı matçlarda yeni qələbələr və uğurlar arzulayıb.