Prezident sərəncamı ilə “Sabah” FK-ya 5 milyon manat vəsait ayrıldı
Azərbaycanın “Sabah” Futbol Klubuna dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Sabah” Futbol Klubuna 5 milyon manat vəsait ayrılıb.
Sərəncama əsasən ayrılan vəsait klubun fəaliyyətinin dəstəklənməsi və futbolun inkişafı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, “Sabah” FK son illərdə Azərbaycan futbolunda mühüm nəticələr əldə edən klublardan biridir. Komanda bu mövsümdə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. Azərbaycan təmsilçisinin bu mərhələdəki rəqibləri artıq müəyyənləşib.
“Sabah” “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli”, “Slaviya” və “Braqa” ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq” ilə isə səfərdə qarşılaşacaq.


