Qəzzada HƏMAS-ın iki komandiri öldürüldü
İsrail ordusu Qəzza zolağında HƏMAS hərəkatının silahlı dəstələrinin iki komandirinin həyata keçirilən əməliyyatlar nəticəsində öldürüldüyünü açıqlayıb.
Azmedia.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, öldürülən şəxslərdən biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuri olub.
İsrail ordusunun bildirdiyinə əsasən, Məhəmməd Yəzuri sentyabrın 11-nə keçən gecə həyata keçirilən dəqiq zərbə nəticəsində öldürülüb.
Ordunun məlumatında həmçinin qeyd olunub ki, həmin vaxt HƏMAS-ın eyni bölməsindən daha iki radikal da öldürülüb.
Digər əməliyyat zamanı isə Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müamin Cabir əs-Seyid Əbu Ləbda öldürülüb.
İsrail hərbçilərinin məlumatına görə, Əbu Ləbda Rəfah şəhərində HƏMAS-ın snayperlər bölməsinə rəhbərlik edib.


