RODRİ “BARSELONA”DA! “ — TRANSFER RƏSMİLƏŞDİ
İspaniya millisinin ulduzu Rodri karyerasında yeni səhifə açmağa hazırlaşır.
Azmedia.Az insayder Fabriziyo Romanoya istinadən xəbər verir ki, “Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi ilə bağlı klublararası razılaşmaya nail olub.
Məlumata görə, Kataloniya təmsilçisi İngiltərə klubunun son təklifini qəbul etməsindən sonra transferi yekunlaşdırmağ üzrədir. Fabriziyo Romano da paylaşımında məşhur “Here we go!” ifadəsini işlədib.
Rodrinin “Barselona”ya keçidi üçün danışıqlar son günlərdə sürətləndi. Kataloniya klubu əvvəlki təkliflərindən sonra məbləği artıraraq 65-70 milyon+ bonuslarla transferi tamamladı.
Qeyd edək ki, Rodri 2019cu ildən "Şəhərlilər"in şərəfini qoruyur. O yeddi il ərzində əsas titullardan olan 4 Premyer Liqa,1 UEFA Çempionlar Liqası, 1 UEFA Super Kuboku,1 FİFA Klublaraası Dünya Kubokunu qazanıb. Bundan əlavə Rodri bu il "İspaniya" millisinin heyətində Dünya Çempionluğunda əldə edib və 2024 cü ildə Qızıl Top mükafatınında sahibi olub.


