Haaland “Mançester Siti”ni TƏMƏNNASIZ tərk edə bilər – “İspaniya nəhəngi” hərəkətə keçdi!
İngiltərənin “Mançester Siti” klubunda mümkün ayrılıqlarla bağlı yeni iddia ortaya atılıb. Komandanın norveçli ulduzu Erlinq Halandın da gələcək taleyi ilə bağlı “Real Madrid” variantı gündəmə gəlib.
Azmedia.Az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubu Premyer Liqa ilə davam edən hüquqi mübarizədə uğursuz nəticə ilə üzləşəcəyi təqdirdə ciddi problemlərlə qarşılaşa bilər.
Araşdırmaçı jurnalist Nik Harrisin (Nick Harris) məlumatına görə, klubun bir neçə aparıcı futbolçusunun menecerləri bütün apellyasiya şikayətlərinin nəticəsiz qalacağı təqdirdə müştərilərinin komandadan azad agent statusunda ayrılması imkanlarını araşdırmağa başlayıblar.



