Roza Zərgərlinin aktyor oğlu evlilik yolunda ilk addımı atdı- VİDEO
Müğənni Roza Zərgərlinin oğlu, aktyor Corc Qafarov şəxsi həyatında yeni mərhələyə qədəm qoyub.
Azmedia.Az xəbər verir ki, Corc Qafarov sevgilisi Günnurla nişanlanıb.
Cütlüyün nişan mərasimi ötən gün paytaxt restoranlarından birində keçirilib. Şad günündə aktyorun yaxınları və dostları iştirak ediblər.
Mərasimdən görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:


